Türkiyənin Qaziantep şəhərində 9 il savaşdığı xərçəng xəstəliyinə qalib gələn 11 yaşlı ibtidai sinif şagirdi Mehmet Yağcı məktəb avtobusunun altında qalaraq faciəvi şəkildə can verib.
Medicina.az xəbər verir ki, ailəsi mətbuata açıqlamasında 3-cü sinif şagirdi olan Mehmetin hələ 6 aylıq olarkən xərçəngə yaxalandığını və 9 il sonra qorxunc xəstəliyə qalib gəldiyini, bir böyrəyinin əməliyyatla götürülməsinə baxmayaraq son iki ildə özünü yaxşı hiss etdiyini bildirib.
Hadisənin avtobus sürücüsünün səhlənkarlığı üzündən baş verdiyi bildirilir. Belə ki, mərhumun atası bildirib ki, Mehmet avtobusla evin önünə gələrək düşüb. Avtobusdan düşərkən çantasını yerə salan Mehmet onu yerdən götürmək istəyərkən avtobus sürücüsü geri qayıtmaq üçün hərəkət edib. Mehmet avtobusun ön təkərinin altında qalaraq can verib.
Atası bildirib ki, Mehmetin ölümü onunla eyni məktəbə gedən 9 yaşlı qardaşı Batuhanı da şok edib. Belə ki, Batuhan artıq məktəbə gedə bilmir.