Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

9 ildən sonra burnundan muncuğu çıxartdılar - FOTO

  • 2024.02.22 17:12
  • 1387 Baxış
9 ildən sonra burnundan muncuğu çıxartdılar -  FOTO
Azərbaycanda maraqlı hadisə baş verib.

Medicina.az xəbər verir ki, 19 yaşlı Xədicə Zərbəliyeva Xətai Tibb Mərkəzinə baş ağrıları, qaymorit şikayəti ilə gəlib.


Burnunda həmişə çirk qoxusu və başında kəskin ağrı olub, nəfəs almaqda çətinlik çəkib.

Müayinələrdən aydın olub ki, onun burnunda çəpər əyriliyi, balıqqulağı hipertrofiyası var. Həmçinin pasiyentin burnunun sağ tərəfində yad cisim (renorit) aşkarlanıb. LOR-cərrah Vahid Mehdiyevin dediyinə görə, rinorit uzun müddət qalıb özünə yer etdiyindən, burun suyundakı duzların çöküntüsü sayəsində balaca muncuq girintili-çıxıntılı böyük daşa çevrilib.

Vahid Mehdiyev əməliyyatla pasiyenti üç problemdən eyni vaxtda azad edib.

Əməliyyatdan sonra 10 yaşında burnuna öz əli muncuq soxduğunu və qorxudan indiyə qədər heç kimə demədiyini etiraf edən pasiyent artıq özünü yaxşı hiss edir, rahat nəfəs alır və baş ağrıları tamam keçib.
9 ildən sonra burnundan muncuğu çıxartdılar -  FOTO