Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

9 ilansancma və 11 dərmandan zəhərlənmə faktı qeydə alınıb

  • 2019.06.18 12:38
  • 3953 Baxış
9 ilansancma və 11 dərmandan zəhərlənmə faktı qeydə alınıb


 

 Kliniki Tibbi Mərkəzə 9 ilansancma, 11 dərmandan zəhərlənmə ilə bağlı müraciət olub


İyun ayının əvvəlindən bu günə kimi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 9 nəfər ilan sancması ilə bağlı müraciət edib.


Medicina.az xəbər verir ki, bu barədə "Report”a həmin şöbənin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.


İyunda şöbəyə daha 3 nəfər əqrəb sancması diaqnozu ilə müraciət edib.


Şöbə müdiri bildirib ki, həmin şəxslərdən 3-nün vəziyyəti ağır olub: "Hazırda xəstəxanada bir nəfər müalicə alır. Vəziyyəti normaldır”.


Baş toksikoloq bu müddət ərzində dərmandan zəhərlənənlərin sayının 11 nəfər olduğunu qeyd edib: "Onlardan ikisi azyaşlı olub. Yardım edildikdən sonra hamısı evə buraxılıb".


"Sirkə turşusundan isə 3 nəfər zəhərlənib ki, onlara da ilk yardım edilib”, - Azər Maqsudov deyib.