Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

85 yaşlı kişi 2-ci mərtəbədən yıxıldı

  • 2025.04.07 17:51
  • 301 Baxış
85 yaşlı kişi 2-ci mərtəbədən yıxıldı


Naxçıvanda 85 yaşlı kişi ikinci mərtəbədən yıxılıb.

"Medicina" apa-ya istinadla xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev küçəsində baş verib.

Naxçıvan şəhər sakini, 1940-cı il təvəllüdlü Tofiq Həbib oğlu Əsədov ehtiyatsızlıqdan yaşadığı bina evinin ikinci mərtəbəsindən yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən T.Əsədov bir müddət koma vəziyyətində qalıb.

O, ötən gecə ölüb.