Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

84 yaşlı xalq artisti - Gəzə bilmirəm

  • 2025.03.24 14:41
  • 273 Baxış
84 yaşlı xalq artisti   - Gəzə bilmirəm


"Neçə müddətdir ki, çölə çıxa bilmirəm. Evin içində tuta-tuta gəzirəm. Artıq buna öyrəşmişəm, heç bilmirəm vaxt necə gəlib-gedir, darıxmıram".

"Medicina" xəbər verir ki, bunu Musavat.com-a Xalq artisti Ofeliya Sənani deyib.

"Ayaqlarım çox pis ağrıyır. Əsadan istifadə edirəm. Evdən çölə çıxmıram. Övladlarım, nəvələrim gəlib mənə baş çəkirlər, məni tək qoymurlar. Bu bayramda da yanımda oldular. Nə etmək olar, yaş öz sözünü deyir, xəstəlikləri gətirir. Buna da şükür edirəm. Bir müddət öncə heç danışa bilmirdim. Bilirsiniz ki, infarkt keçirmişdim. İndi xeyli yaxşılaşmışam".

Xatırladaq ki, 84 yaşlı Xalq artisti ötən il infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. O həm də ağciyərində yaranan problemdən əziyyət çəkir.