Türkiyədə 84 yaşda qadın ali məktəbə imtahanlardan uğurla keçərək, universitetə qəbul olub.
Bakupost.az xəbər verur ki, Mesudiyyədə yaşayan Güneş Önyürümə 2013-cü ildə orta təhsilini başa vurub. Dövlət xətti ilə orta məktəb diplomunu alıb.
Daha sonra ali məktəb arzusunda olduğunu deyib.
İncəsənət fakultəsinə hazırlaşan nənə qəbul imtahanlarından keçib.
Ona hazırlıqda nəvələri yardım edib. Onun 18 nəvəsi var.
"Arzulara doğru getmək heç vaxt gec deyil. Mən məqsədimə çatdım" - deyə Güneş nənə gənclərə dəstək olub.
Nənə çoxlu kitab oxuduğunu etiraf edib.