Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

84 yaşlı həkimdən sağlamlıq və xoşbəxtliyin sirri

  • 2022.09.30 15:39
  • 2073 Baxış
84 yaşlı həkimdən sağlamlıq və xoşbəxtliyin sirri


Rusiyanın kardioloqu Leo Bokeriya çətin dövrdə əsəbləri qorumaq və dəstək almağın yollarından danışıb.

"Medicina" xəbər verir ki, uşaqlığı müharibə və aclıq dövrünə düşən həkim anasının çəkdiyi əziyyətləri vurğulayıb.

“Anam üçümüzü böyüdüb, hamımızın ali təhsili var. Mən yalnız aclığı deyil, həm də ümid verib dəstək olan qonşuları yaxşı xatırlayıram. Ona görə hesab edirəm ki, sakitliyin mühüm hissəsi, panikaya düşməyə imkan verməyən ailədir”,

Kardioloq bildirib ki, davamlı gəzinti həm narahatlıqla mübarizə aparmağa kömək edəcək, həm də ürək xəstəliklərinin və yaşa bağlı dəyişikliklərin qarşısını almaq üçün faydalıdır. Bokeriya emosiyaları gizlətməməyi, hadisələri hiss etməyi və hisslərinizi ifadə etməyi məsləhət görüb.

“Həyatda ən vacib şey xoşbəxt olmaq arzusudur” - həkim yekunda əlavə edib.

Aygün Musayeva