Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

84 ildir evli olan cütlük rekord vurdu

  • 2025.02.15 18:03
  • 467 Baxış
84 ildir evli olan cütlük rekord vurdu


Braziliyalı 105 yaşlı Manoel Anjelim Dino və 101 yaşlı Mariya de Souza Dino cütlüyü ən uzunömürlü evlilik üzrə rekord vurub. Onlar 84 il 77 gündür ki evlidirlər.


"Medicina" xəbər verir ki, onlar 1936-cı ildə tanış olublar, lakin gələcək həyat yoldaşları arasındakı münasibət yalnız 1940-cı ildə təsadüfən yenidən görüşdükləri zaman başlayıb. Manoel Mariyanı görüşə dəvət edib və elə həmin il onlar evləniblər.

Birlikdə yaşadıqları müddətdə onlar 13 övlad böyüdüblər. Cütlüyün 55 nəvə, 54 nəticə və 12 kötücəsi var. E

Manoel və Mariya bu gün yaşayan ən uzunömürl evli cütlük olsalar da, onlar mütləq rekorda sahib deyillər. Kanadalı Devid Ceykob Hiller və Sara Devi Hiller 1898-ci ildə Saranın ölümünə qədər 88 il 349 gün evil olublar.