Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

81 yaşlı qadın zəhərli zobdan əməliyyat olundu - BAKIDA

  • 2019.09.04 15:23
  • 4812 Baxış
81 yaşlı qadın zəhərli zobdan əməliyyat olundu -  BAKIDA
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti riskli əməliyyat uğurla icra olunub. Belə ki, 81 yaşlı xəstə qadında zəhərli zob əməliyyatı keçirilib.


Medicina.az xəbər verir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrah endokrinoloqu Azər Hümmətovun verdiyi məlumata görə, yaşlı xanım son bir il ərzində zəhərli zobdan dərman müalicəsi alıb. Lakin müalicə effekt verməyib. Xəstədə boğulmalar artıb və tireostatik dərmanların yan təsirləri müşahidə olunub.


"Digər xəstəxanalarda xanımın yaşına görə əməliyyat riskli sayıldığından, buna razılıq verilməyib. Lakin Tədris Cərrahiyyə Klinikasında xəstənin 81 yaşı olmasına baxmayaraq, planlı olaraq əməliyyata hazırlandı. Avqustun 28-də xəstədə total tiroidektomiya əməliyyatını icra etdik”.


Əməliyyatın uğurla başa çatdığını deyən həkim əməliyyatı icra edən ATU Tədris Cərrahiyyə Klinikasının kollektivinə təşəkkür edib.