81 yaşlı britaniyalı Les Metyusda 3 dəfə müxtəlif orqanların xərçəngi aşkarlanıb.
“Medicina” xəbər verir ki, onda dil, prostat və ağciyər xərçəngi olub.
Les simptomlardan və necə sağalmasından danışıb.
“İlk dəfə 1993-cü ildə dil xərçəngi aşkarlandı. Məni sadəcə ağzımda kiçik bir yara narahat edirdi. Nə qədər vaxt keçsə də sağalmırdı və yandırırdı. Biopsiya şiş göstərdi.
Əməliyyatla dilimin iç hissəsi çıxarıldı.
2005-ci ildə isə prostat başladı. Tualetə gedəndə qan gördüm və şiş aşkarlandı. Yenə əməliyyat və şüaterapiya.
2018-ci ildə isə qanlı öskürək və tərləmə ilə xəstəxanaya getdim və ağciyər xərçəngi...
Əməliyyat və kimyaterapiya olundum.
Hər dəfə şansım gətirirdi. Amma məni xilas edən o oldu ki, vaxtında həkimə gedirdim, vaxtında əməliyyat olundum.
Bir neçə ildir xərçəng tamam yoxdur, sağaldım. Amma dilimin və ağciyərimin yarısı yoxdur”.
Onkoloq Timoti Tituan bildirir ki, 60-70 yaşdan sonra bədxassəli hüceyrələr aktivləşə bilir. Amma yaşlı insanlarda şiş çox gec böyüyür və az metastaz verir.
Əgər yaşlı insan tərləyirsə, yorulursa, səbəbsiz arıqlayırsa, bu siqnaldır.
Hərarət, titrəmə, halsızlıq, yuxululuq, bəzi yerlərdə ağrı varsa, xəstəni müayinə etdirin.
Aygün Musayeva