Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

80 yaşlı vərəm xəstəlikləri sanatoriyasından reportaj - VİDEO

  • 2019.02.07 13:06
  • 24169 Baxış
80 yaşlı vərəm xəstəlikləri sanatoriyasından reportaj -  VİDEO

 

Gindeks adına uşaq və yeniyetmələr üçün vərəm xəstəlikləri sanatoriyası yenidən qurulur. 


Medicina.az xəbər verir ki, bu sanatoriyanın tikintisinə dövlət büdcəsindən 11 milyon manat xərclənəcək. 


Sanatoriyada uşaqların həm tədrisi, həm də müalicəsi həyata keçiriləcək. Sanatoriyanın tikintisinin ilin sonuna qədər yekunlaşacağı planlaşdırılır.


Sanatoriyanın tikintisi 2011-ci ildən başlasa da bir müddət yarımçıq qalıb. Bu ildən etibarən dövlət büdcəsindən ayrılan vəsait hesabına Buzovna qəsəbəsində yerləşən uşaq və yeniyetmələr üçün vərəm xəstəlikləri sanatoriyası və 7 saylı vərəm dispanserinin tikintisi sürətləndirilib. 6 hektar ərazidə yerləşən bu sanatoriyada həm böyüklər, həm də uşaqlar üçün hər cür şərait yaradılması nəzərdə tutulur. Belə ki, regionlardan gələn xəstələr üçün də yataqxana kompleksi tikilir. 4 mərtəbədən ibarət sanatoriya rentgen, labaratoriya və müasir avadanlıqlarla təchiz olunacaq. 


7 saylı vərəm əleyhinə dispanserin baş həkimi Habil İsmaylovun bildirdiyinə görə, sanatoriya 150 uşaq üçün nəzərdə tutulub. Burada sümük vərəmi, vərəm kontaktları, vərəm viranjlı xəstələr müalicə alacaqlar. 


Hazırda 80-dən çox yaşı olan bu köhnə tikililərdə 42 nəfərdən çox xəstə müalicə alır. Uşaqlar üçün dispanserdə müalicə alan yeniyetmələr isə müvəqqəti olaraq Mərdəkanda yerləşən 3 saylı vərəm əleyhinə sanatoriyaya yerləşdirilib.  


İTV-nin sanatoriyadan hazırladığı reportajı təqdim edirik: