Avstraliyalı Ceyms Harrison 60 ildir ki, qan donorudur.
Medicina.az ölkə.az-a istinadən xəbər verir ki, 80 yaşlı qocanın qanının tərkibində antikor maddəsi tapılıb. Bu maddə isə körpə ölümlərinin qarşısını alır. Ceyms 60 il ərzində 2.4 milyon körpənin ölümünün qarşısını alıb. Onun qanı qan zəhərlənməsi ilə üz-üzə qalan körpələrə həyat bəxş edib. "Qızıl qolu olan adam” ləqəbli Harrison 2003-cü ildə "Ginnesin Rekordlar Kitabı”na daxil edilib.
Ceyms 14 yaşında əməliyyat olunub. Saatlarla davam edən əməliyyatdan sonra o, 3 ay xəstəxanada qalıb. 13 nəfərin qan verdiyi Ceyms böyüyəndə qan donoru olmağa söz verib.
Harrison qan donoru olmaq üçün 18 yaşını gözləyib və sözünə əməl edib. Qan bankı isə onun qanının tərkibində körpə ölümlərinin qarşısını alan maddə aşkar edib.