Saxalin vilayətində 80 yaşlı qadının beynindən tikiş iynəsi aşkarlanıb. Məlum olub ki, iynə orda illərdir var, toxumaya ilişib, amma qadına heç bir əlamət verməyib.
"Medicina" xəbər verir ki, ehtimala görə, müharibə aclığı dövründə bir çox valideynlər yeni doğulan körpələrindən xilas olmaq üçün əmgəyinə iynə yeridirdilər. Görünür, bu qadının da valideynləri özləri iynəni uşağın başına batırıblar. Amma iynə beyinə öldürücü təsir etməyib.
Həkimlər təsadüfi KT müayinəsi zamanı 3 sm-lik iynəni aşkarlayıblar.
Həkimlər iynəni çıxarmaq üçün əməliyyat keçirməmək qərarına gəliblər, çünki bu, qadının vəziyyətini pisləşdirə bilər.
80 yaşı haqlamış qadını beyindəki iynəsi ilə baş-başa buraxıblar.
Aygün Musayeva