Makedoniyadan Türkiyəyə gətirilən 8 yaşlı Tahir Emuşun başından 7 sm böyüklüyündə şiş çıxarılıb.
Medicina.az xəbər verir ki, çətin keçən 10 saatlıq əməliyyatdan sonra uşağın həyatını xilas etmək mümkün olub.
Makedoniyada yaşayan Emuş ailəsinin 8 yaşındakı oğlu Tahir Emuş qulaq ağrısı şikayəti ilə xəstəxanaya gətirilib. Ailənin müalicə etməyə imkanları olmadığı üçün Türkiyəyə gəliblər. İnternet üzərindən araşdırma aparan ailə xəstəxanalar qrupunun vasitəsilə Kocaelidəki xəstəxanaya yönləndirilib. Aparılan müayinədən, analizlərdən sonra uşağın başında 7 sm beyin şişi aşkar edilib. Uşaq təcili əməliyyata alınıb. Onkoloq Doğan Kocanın nəzarəti altında kimyaterapiya görən Tahirin beyininin sinirlərinə zərər vurulmadan əməliyyat etmək mümkün olub.
"Bu xəstəlik onda doğuşdan sonra yaranıb və bu yaşadək qalıb. Xəstə həyati risk daşıdığı üçün təcili əməliyyata alınıb. Əsas odur ki, əməliyyat ağır keçsə də uşağı xilas edə bildik”, - deyə həkim bildirib.