Valideynlər 8 yaşlı oğlan övladlarının gizli vaginasının olduğunu öyrəniblər.
Medicina.az xəbər verir ki, Leanne Oven adlı qadının oğlu, ürəyində 3 deşik, onurğasında əyrilik və böyrək problemləri ilə doğulub. Həmçinin dünyaya gələn uşağın anus dəliyi və idrar yolu olmayıb.
40 yaşındakı Leanne, oğlu böyüdükcə cinsiyyət orqanının böyümədiyini və anormal görüntüyə sahib olduğunun şahidi olub. 8 yaşlı oğlanın cinsiyyət hissəsində vaginaya bənzəyən yarıq müşahidə edib. Neçə il xəstəliyinə həkimlər tərəfindən dəqiq diaqnoz qoyula bilməyib. Bunun üçün bir araya gələn həkimlər keçən il uşağa bifid skrotum diaqnozunu qoyublar. Uşaq bu yaşınadək 12-dən çox əməliyyat keçirib. Anası açıqlamasında övladının çox əsəbi olduğunu bildirib: " Övladıma uşaq olarkən düzgün diaqnoz qoyulsaydı, indi bu cəzanı çəkmək məcburiyyətində qalmazdı”.