8 saatlıq normal gecə yuxusu təbii antidepressant və cavanlıq iksiridir. Yuxu plastik cərrahı belə əvəz edə bilər.
Bakupost.az xəbər verir ki, terapevt həkim Yelena Tixomirova 8 saatlıq yuxunun orqanizmə faydalarını açıqlayıb.
Çoxsaylı elmi araşdırmalar sübut edib ki, 8 saatlı yuxu, eyni vaxtda yuxuya gedib, eyni vaxtda oyanmaq ən effektiv müalicə, cavanlıq prosedurudur.
“İdealda insan 23:00-da yatağa girib, səhər 7-də oyanmalıdır. Əgər istirahət günüdürsə, eyni vaxtda yatmalı, səhər gec oyana bilər.
Yalnız belə bir rejimdə hormonal sistem effektiv işləyir, piy, yağyandırma baş verir, əzələ və beyin bərpa olur.
8 saatlıq yuxu təbii sakitləşdirici, antidepressant təsir göstərir. Kökəlmək, qocalmaq istəmirsizsə, 8 saat yatın.
Psixoloq Pavel Javnerov da yuxu problemi yaşayanlarda təşviş, qorxu və depressiyanın çox olduğunu bildirib. Buna qarşı idman, tənəffüs gimnastikası və fiziki iş lazımdır.