8 saat, xüsusilə oturaq iş,ofis işi insanı fiziki və mental baxımdan məhv edə bilər.
“Medicina” xəbər verir ki, son elmi tədqiqatlara görə, ofis əməkdaşlarının demensiya riski hər 7 il işə görə 8% artır.
Bütün günü oturaraq iş saatı boyu cəmi bir neçə dəqiqəlik gəzişən insanın ömrü qısalır.
Rusiyanın əməkdar həkimi Aıeksandr Myasnikov bir çox ölkələrdə ofis işçiləri üçün adi stulların ləğv olunub, xüsusi ayaqüstü stulların qoyulmasını misal çəkib.
8 saatlıq oturaq iş barədə artıq müzakirə açmağa ehtiyac yoxdur.
“Ofis işçiləri daha tez onurğa, boyun, əzələ ağrılarından əziyyət çəkir.
Ən zərərli peşə elə ofis işidir. Belə işdə çalışanlar idmanla məşğul olmalıdır. Hər 40 dəqiqədən bir qalxıb 10 dəqiqə gəzməli, yüngül idman hərəkətləri etməlidirlər”.
Aygün Musayeva