Hər il 8 may dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir.
"Medicina" xəbər verir ki, Azərbaycanda yarım milyondan çox talassemiya daşıyıcısı var. Ölkəmiz bu irsi qan xəstəliyi üzrə təəssüf ki, siyashıda var.
Valideynlərdən uşağa gen vasitəsilə keçən irsi qan xəstəliyi olan talassemiya genetik defekt nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunur. T
1 iyun 2015-ci ildən Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunur və müayinə olunanların hər birinə həkim tərəfindən tibbi-genetik məsləhət verilir.
Əsas bunlara diqqət yetirin:
narahatlıq
solğunluq
tez-tez infeksion xəstəliklərin keçirilməsi
iştahın pis olması
inkişafda geriyə qalması
sarılıq (dərisi və göz ağları sarımtıl)
böyümüş orqanlar (qara ciyər, dalaq)
Xəstəliyin yeganə radikal müalicə metodu sümük iliyinin transplantasıyasıdır. 2014-cü ildən etibarən bu müalicə üsulu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində Dövlət proqramı çərçivəsində həyata keçirilir.
MEDİCİNA.AZ
AYGÜN M.