Bu gün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir.
"Mediicina" xəbər verir ki, talassemiya genetik defekt nəticəsində xroniki anemiyalı irsi qan xəstəliyidir.
Azərbaycanda qan qohumluğu və nikahları nəticəsində talassemiya və talassemiya daşıyıcısı olanların sayı ilbəil artır və ölkə risk zonasındadır.
İrsi talassemiya adətən 2 yaşa qədər uşaqlarda artıq üzə çıxır.
Talassemiyanın əlamətləri:
- narahatlıq
- solğunluq
- tez-tez infeksion xəstəliklərin keçirilməsi
- iştahın pis olması
- inkişafda geriyə qalması
- sarılıq (dərisi və göz ağları sarımtıl)
- böyümüş orqanlar (qara ciyər, dalaq)
Aygün Musayeva