8 ildən sonra texnoloji inkişaf insana ölməzliyə nail olmağa imkan verəcək.
“Medicina” xəbər veri ki, yaxın gələcəkdə insan orqanizmi xərçəngə qarşı immunitet qazanmağa başlayacaq. İnsanlar bu xəstəliyin öldürücü caynağından qurtulacaqalar.
Keçmiş Google mühəndisi, proqnozları heyrətamiz dəqiqliklə gerçəkləşən Rey Kurzveil bəşəriyyətin ölümsüzlüyə çatması haqqında proqnoz verib.
O, genetika, nanotexnologiya və robototexnika sahələrinin inkişaf perspektivləri barədə bəyanat verib. Onun sözlərinə görə, biz nanorobotlar erasının başlamasını gözləyirik. Bu kiçik canlılar zədələnmiş, köhnəlmiş toxumaları və hüceyrələri bərpa edə biləcəklər.
Kurzveil hesab edir ki, yeni texnologiyalar insana cəmi səkkiz il ərzində əbədi həyata nail olmağa imkan verəcək. O, kompüterlərin beyinə yerləşdirilməsi ilə bağlı bütün narahatlıqları rədd edir. Çünki bu prosesin insanı mümkün qədər təkmilləşdirəcəyinə inanır.
O qeyd edir ki, biz daha çox neokorteksə sahib olacağıq, daha çox əylənəcəyik, musiqiyə bələd olacağıq. Biz daha seksual olacağıq. Maşınların bəşəriyyəti ələ keçirəcəyi gələcəyə baxış əvəzinə, bizi daha yaxşı edəcək insan və maşının sintezini yaradacağıq.
Bu açıqlama həqiqətən də müsbət təsir bağışlayır. Gələcəyə olan qorxu və həyəcanlarımızı yox etməklə yanaşı böyük ümidlər verir.
Günay Quluzadə