Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

8 il sonra 950 qramlıq uşaq dünyaya gətirdi, sağ qaldı - FOTO

  • 2017.12.14 13:30
  • 24803 Baxış
8 il sonra 950 qramlıq uşaq dünyaya gətirdi, sağ qaldı -  FOTO
Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) 950 qramlıq uşaq dünyaya gəlib.


Medicina.az publika.az-a istinadən xəbər verir ki, bu barədə məlumat verən RMDM-in ginekoloq-endokrinoloqu Pərvin Nəbiyevanın sözlərinə görə, yaxın qohum nikahında olan qadın illərdir müalicə alsa da, effekti olmayıb, onda 3 düşük baş verib:


"Adəti düşük 3 və daha artıq düşük baş verdiyi halda hesab olunur. Adətən, 22 həftəyə qədər ola bilir. Əsas faktorlar genetik, anatomik, endokrin, immunoloji və başqadır. Bu pasiyentimiz səkkiz il ailəli olan, son iki ildə sonsuzluq və depressiyadan şikayətlənən 28 yaşlı qadın idi. Bizə müraciət etdiyi zaman tərəfimizdən lazımi müayinələr aparıb, düzgün müalicə taktikasını seçib müsbət nəticəyə nail olduq: daha bir ailəyə övlad sevinci yaşatdıq”.


Neonatoloq-pediatr Arzu Həsənova bildirib ki, bir neçə risk faktoru olan anadan dünyaya gələn körpə azçəkili (950 qram) olmasına baxmayaraq, Mərkəzin neonatoloji komandasının birgə əməyi sayəsində onun həyatda qalması təmin olunub, zəruri müayinələr ("Topuq testi”, ROP adlandırılan vaxtından əvvəl doğulmuşların retinopatiyasının müayinəsi, eşitmənin skrininq müayinəsi) aparılıb, çəkisi normal səviyyəyə çatdırılıb və ana-körpə tam sağlam və gümrah şəkildə evə yola salınıb.

 

 

8 il sonra 950 qramlıq uşaq dünyaya gətirdi, sağ qaldı -  FOTO
8 il sonra 950 qramlıq uşaq dünyaya gətirdi, sağ qaldı -  FOTO