Uğursuz plastik əməliyyatdan sonra kişi 3 ildir ki, gözü açıq yatmağa məcburdur.
Medicina.az xəbər verir ki, britaniyalı Piter Brodhers 2019-cu ildə üzündə plastik əməliyyat keçirib. Lakin əməliyyatdan sonra kişinin göz qapaqları bağlanmır.
Kişi bildirib ki, 17 yaşında o, stomatoloji əməliyyat sonrakı yanaqlarının şiş qalmasından sonra çox narahat idi. Ona görə plastik əməliyyatla bu qüsuru düzəltmək qərarına gəlir.
Əməliyyat zamanı kişinin yanaq, burun, göz üstü forması dəyişdirilir. Lakin bundan sonra onun gözündə göz qapağının ektropionu yaranıb, göz qapağının aşağı kənarı göz almasından kənara çıxıb.
Buna görə o gözünü tam qırpa və yuma bilmir.
Əlavə əməliyyatlar edilsə də, problem düzəlməyib.
Gözlərini qurumaqdan qorumaq üçün Brodherst göz damlaları tökür, gecələr isə üzünə isti dəsmal qoyub yatır.
Bu problemə görə onun görməsi də zəifləyib.
Kişini bu hala salan estetik cərrah qovulub