Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

78 tibb müəssisəsində laboratoriyalar müasirləşdirilib

  • 2023.11.14 14:54
  • 1122 Baxış
78 tibb müəssisəsində  laboratoriyalar müasirləşdirilib

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "Ulu Öndər Heydər Əliyev ilinə həsr olunmuş icbari tibbi sığorta çərçivəsində xəstəxana idarəetməsi" mövzusunda keçirilən seminarda çıxışı zamanı tibb müəssisələrinin fəaliyyətinin elektronlaşdırılması istiqamətində ardıcıl tədbirlərin görüldüyünü bildirib.



"Medicina" məlumatına görə, TƏBİB-in tabeliyində olan 78 tibb müəssisəsində 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalar üçün müasir tibbi avadanlıqların quraşdırıldığını, laborator müayinələrin aparılmasının avtomatlaşdırıldığını söyləyib.

O, Türkiyədə keçirilən tibbi idarəetməyə dair təlimlərin əhəmiyyətini qeyd edərək indiyədək TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 60 nəfərin təcrübə keçdiyini deyib.

Aygün