Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"78 gündür evimi, ailəmi görmürəm" - Neftçilər xəstəxanasının həkimləri ağladı

  • 2020.06.11 16:22
  • 3554 Baxış
"78 gündür evimi, ailəmi görmürəm"   - Neftçilər xəstəxanasının həkimləri ağladı

Mərkəzi Neftçilər xəstəxanası 3 aydır ki, pandemiya xəstəxanasına çevrilib.

Son 20 gündə burda koronaviruslu xəstə əlindən yer qalmayıb.

70 gündən artıqdır növbəli də olsa çalışan personalın yükü artıb. Onlar uzun aylardır ailələrini, övladlarını görə bilmirlər.
Növbələri bitəndə otel şəraitində karantində qalıb, yenidən işə qayıdırlar.


Medicina.az həmin xəstəxanadan ürəkdağlayan görüntüləri təqdim edir.

Həkim və tibb personalının isti yay günlərində kombinezonda, maskada işləməsi çox çətindir.