Britaniyada yaşayan 72 yaşlı Dave Smithin koronavirus testi 42 dəfə pozitiv çıxıb.
Medicina.az xəbər verir ki, virus orqanizmdən bir neçə həftədə çıxarkən, o isə 10 ay boyunca virusla yaşayıb. Və 290 gündən sonra virusa qalib gəlib. Bu müddətdə 7 dəfə xəstəxanaya aparılıb. Həyat yoldaşı 5 dəfə cənazəyə üçün hazırlıqlar görüb.
Smith yaşadığı çətin günləri belə izah edib:
“Bəzi gecələr kaş ölərdim deyə düşündüm. Çünki davam etməyə gücüm qalmamışdı. Elə bir nöqtəyə gəlirsiniz ki, ölməkdən deyil, yaşamağa davam etməkdən qorxursunuz”.
Mütəxəssislərin fikrincə Smith kimi ‘inadçı‘ infeksiyaları olan insanlarda virusu yox edən antitel səviyyəsi aşağı olur. Bunun səbəbi yaxın zamanda xərçəng müalicəsi almaları və ya genetik olaraq antitel yaradan hüceyrələrin qüsurlu olmasıdır.
Qeyd edək ki, antitel müalicəsinə başladıqdan 45 gün sonra onun testi neqativ çıxıb.