Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

76 nəfəri ilan sancıb - TƏBİB

  • 2022.10.04 10:06
  • 1605 Baxış
76 nəfəri ilan sancıb -  TƏBİB
Son üç ayda ilan sancması ilə bağlı Kliniki Tibbi Mərkəzə 76 nəfər müraciət edib.


Bu barədə Medicina.az -a mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib.


O bildirib ki onlardan yeddisinin vəziyyəti kəskin ağır, digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilib. Bir nəfərin müalicəsi isə hələ də davam etdirilir.


Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb.


Həmçinin, bu müddət ərzində on bir nəfər həşərat sancması diaqnozu ilə Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Bu hal üzrə də ölüm qeydə alınmayıb.


Havaların soyuması ilə əlaqədar olaraq, artıq bu kimi müraciətlərin sayında azalma müşahidə edilir.