Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

73 manat əvəzinə 230 manat verməlidir?! - Parlamentdə dərman müzakirəsi

  • 2024.03.13 12:52
  • 1385 Baxış
73 manat əvəzinə 230 manat verməlidir?! -  Parlamentdə dərman müzakirəsi
Dərman, dərman preparatları ilə bağlı dövlət böyük işlər görür.

Medicina.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

Bununla belə, deputat bu sahədəki problemlərə də toxunub: “Bir qutusu 73 manata olan “Sincardi” dərmanı artıq ölkəyə gəlmir. Onun əvəzinə ölkəyə gətirdikləri dərman isə 230 manatdır. Yəni vətəndaş 73 manat əvəzinə 230 manat verib, özünə dərman almalıdır?! Bunun qarşısını almaq lazımdır. Mən bir dəfə burada başqa dərmanla bağlı çıxış etmişdim, o məsələ həll olunmuşdu. Biz yenə də bu məsələlərdə insanlara kömək etməliyik. Burada şirkətlər oyunlar oynayır”.

Komitə sədri Tahir Mirkişili qeyd edib ki, bu hadisələrin baş verməməsi üçün işlər görülür.

Deputat Elnur Allahverdiyev qeyd edib ki, dərman, dərman preparatlarının keyfiyyəti araşdırılmalıdır: “Hərarət azaldıcı dərmanların keyfiyyəti araşdırılmalıdır. Qardaş Türkiyədə istifadə olunan eyni səviyyədə dərmanlar bizdə də satılır. Oradakı dərman virusa qarşı daha effektivdir. Türkiyədən lınan dərman hərarəti azaldır, amma buradan aldığımız yox. Yaxşı olar ki, Səhiyyə komitəsi ilə birgə dərmanların keyfiyyəti ilə bağlı dinləmə keçirək”.