71 yaşlı Rusiyanın xalq artisti Oleq Qazmanov kişilərə sağlam və üzün ömürlüyün sirrini açıqlayıb.
“Medicina” xəbər verir ki, müğənni Vyaçeslav Manuçarovun YouTube-da yayımlanan “Empatiya Manuçi” şousunda 71 yaşında sağlamlığın qorunması düsturunu paylaşıb. O, kişilərə gündəlik idman etməyi tövsiyə edib.
Müğənninin sözlərinə görə, kardio məşqləri, tennis, simulyatorlarda məşq və digər fəaliyyətlər mükəmməl kömək edəcək.
Qazmanov vurğulayıb ki, o günə 15 dəqiqəlik məşqlə başlayır, bu məşqləri şəxsən özü üçün hazırlayır.
Günay Quluzadə