Rusiyanın Sankt-Peterburq şəhərində Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universitetinin 700-dən çox tələbəsi koronavirus şübhəsi ilə karantində saxlanılır.
Medicina.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onlar İtaliyadan gələn və koronavirusa yoluxmuş şəxslə eyni yataqxanada yaşayan tələbələrdir. Hazırda həmin xəstənin kimlələrə əlaqədə olduğu araşdırılır.
Qeyd edək ki, Rusiyada koronavirusa 6 yoluxma halı qeydə alınıb.