Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

70 yaşlı kişi görünüşü ilə gündəm oldu - FOTO

  • 2024.03.04 22:00
  • 800 Baxış
70 yaşlı kişi görünüşü ilə gündəm oldu -  FOTO
Onun 70 yaşlı baba olduğuna heç kim inanmır.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, söhbət Zou Hepinq adlı şəxsdən gedir.

70 yaşlı çinli fit görünüşü ilə sosial mediada sensasiyaya səbəb olub. Zou Hepinq sağlamlığının və qarın əzələlərinin sirrini açıqlayıb. O, gənc qalmasını əsasən idmana borclu olduğunu deyib. Hepinq qaçış üçün evdən çıxarkən yanında çəki daşı və su götürməyi unutmadığını deyib.

Səhər saat 8-də işə gedən Hepinq 5.30-da idmana başlayır. 70 yaşlı Hepinq 2200 metr hündürlükdəki dağa asanlıqla qalxa bilir.

"Həyat qaçışdan ibarətdir. Ən əsası idman etmək, sağlamlığınızı qorumaq və yaxşı həyat tərzinə sahib olmaqdır”, - Hepinq deyir.

Hepinqin qaçmağa marağı 45 il əvvəl, 1979-cu ildə bir jurnalda idmanın faydaları haqqında oxuduqdan sonra başlayıb.
Hepinq hər gün yoxuş yuxarı qaçır. Onun idman rejiminə ağırlıq qaldırma, iplə tullanma və bir çox çətin idman hərəkəti daxildir.

70 yaşlı çinli bu qədər güclü və enerjili olmasında 40 ildir spirtli içkidən və siqaretdən uzaq qalmasının, eləcə də erkən yatmasının da rolu olduğunu düşünür.

Gül



70 yaşlı kişi görünüşü ilə gündəm oldu -  FOTO