Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

7 yaşlı uşağa kömək lazımdır - Ağır talassemiyadan əziyyət çəkir/Foto+Video

  • 2018.05.17 22:45
  • 15335 Baxış
7 yaşlı uşağa kömək lazımdır -  Ağır talassemiyadan əziyyət çəkir/Foto+Video
Məmmədov Təbriz Hacı oğlu 30 avqust 2010-cu ildə Qaradag rayonunda dunyaya gəlib.


Medicina.az xəbər verir ki, valideynləri talassemiya xəstəliyinin daşıyıcısı olduğu üçün o da ağır talassemiyayla doğulub. Respublika Talassemiya Mərkəzində qeydiyyatdadir. İki aylığından bu günə kimi ayda 1-2 dəfə qan köçürülür. Uşağın hazırkı durumu kafidir. Əməliyyata, sümük iliyi transplantasiyasına ehtiyac var. Həkimlər bu gedişlə Təbrizin bu amansız xəstəliyə nə qədər davam gətirəcəyinə söz vermirlər. Hazırda Təbrizin 7 yaşı var.


Onun dərslərindən geri qalmasına səbəb olan bu xəstəliyi tamamilə aradan qaldırmaq üçün əməliyyat olunub sağlam həyata qayıtması lazımdır.


Bu isə xaricdə 150 min avroya başa gələcək bir əməliyyatdır.


Təbrizin valideynlərinin Azərbaycan xalqından, imkanlı ve xeyirxah insanlardan bircə təvəqqəsi var ki, onun yaşaması üçün əllərindən gələni əsirgəməsinlər.

 


 



7 yaşlı uşağa kömək lazımdır -  Ağır talassemiyadan əziyyət çəkir/Foto+Video