Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

7 yaşlı qız məktəbdə qəfil öldü - Gəncədə ŞOK OLAY

  • 2019.11.26 14:32
  • 14844 Baxış
7 yaşlı qız məktəbdə qəfil öldü -  Gəncədə ŞOK OLAY
Gəncə şəhərində orta məktəbdə ölüm hadisəsi olub.


Medicina.az report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər 16 nömrəli orta məktəbdə qeydə alınıb.


Belə ki, hələlik şəxsiyyəti məlum olmayan, məktəbin şagirdi, 7 yaşlı qız sinif otağında anidən huşunu itirib və yerə yıxılıb. Onun ölüm səbəbi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.


Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.