7 saatdan az yuxu yüksək təzyiq riskini artırır.
Medicina.az xəbər verir ki, ilkin nəticələrə görə, qadınlar kişilərə nisbətən bu xəstəlikdən daha çox əziyyət çəkirlər.
6 fərqli ölkədən olan 1 milyondan çox insanın məlumatlarını təhlil edən tədqiqatçılar 7 saatdan az yatmağın yüksək təzyiq riskini 7 faiz artırdığını bildiriblər. Məlumata görə, 5 saatdan az yuxu isə bu ehtimalı 11 faizə yüksəldir.
Tədqiqatçılar qrupu yuxu müddəti ilə yüksək qan təzyiqi arasındakı əlaqədə yaşa bağlı heç bir fərqin aşkar edilmədiyini bildirirlər.
Tehran Ürək Mərkəzinin kardiologiya kafedrasının dosenti Kaveh Hüseyni deyir ki, yuxu mütəxəssislərinin tövsiyə etdiyi kimi, 7-8 saat yatmaq ürəyi qorumağın ən yaxşı yolu ola bilər.
ABŞ-da Amerika Kardiologiya Kollecinin İllik Elmi Sessiyasında təqdim edilən ilkin nəticələr göstərir ki, qadınlarda bu risk kişilərə nisbətən daha yüksəkdir.
Tədqiqatda məlumatları araşdırılan insanlar tədqiqatın əvvəlində yüksək təzyiqə malik olmayıblar, onlar orta hesabla 5 il izləniliblər.
Yuxu və yüksək təzyiq arasındakı əlaqə araşdıralarkən cins, təhsil, siqaret çəkmə vəziyyəti və çəki kimi faktorlar nəzərə alınıb.
Tədqiqatın müəllifləri yuxu ilə əlaqəli tənəffüs pozğunluqları kimi halların da ürək-damar xəstəlikləri ilə əlaqələndirildiyini xatırladıblar. Buna görə də hərkəsə yuxu rejimi barədə tibb işçiləri ilə məsləhətləşmək tövsiyə edilib.
Aysel