7 nəfər donvurmadan öldü

  • 2017.12.30 11:04
  • 14037 Baxış
7  nəfər donvurmadan öldü
ABŞ-ın şimal və şərq bölgəsində kəskin soyuqlar və donvurma nəticəsində  7 nəfər ölüb.


Medicina.az xəbər verir ki, Çikaqo şəhəri yaxınlığında iki, Kanzas ştatında dörd, Cənubi Dakotada isə bir nəfər anomal soyuqların qurbanı olub. Bəzi ərazilərdə havanın temperaturu mənfi 17 dərəcəyədək düşüb.


Milli Meteorologiya Xidməti dekabrın 31-də Nyu-Yorkda temperaturun mənfi 11,6- 17,8 dərəcəyədək düşəcəyini proqnozlaşdırır.

 

Həkimlər isə vətəndaşları soyuqda diqqətli olmağa çağırıb. Onların sözlərinə görə, soyuqda bədən istiliyi dərhal düşür və orqanizm öz funksiyasını tənzimləyə bilmir. Bunun üçün mütəxəssislər bədən istiliyini qoruyacaq qidaları yemək  barədə xəbərdarlıq edilib.