Azərbaycanda onurğa yırtığından əziyyət çəkənlər xəstələr, bir o qədər də yırtığının olmasından xəbərsiz insanlar var. 8-9-mm-dən böyük yırtıqlarda nevroloq və manual terapevtlər əməliyyatı məsləhət görür.
Medicina.az xəbər verir ki, 52 yaşlı kişi pasiyent L4-L5 fəqərə diski yırtığından əziyyət çəkirdi. 7 mm-lik yırtıq sinirləri sıxdığından ayaqda ağrılar, yeriməkdə və hərəkətdə çətinlik və məhdudiyyətlər yaratmışdı.
Artıq bir neçə həkimdən yalnız əməliyyat tövsiyyəsi alan xəstə əməliyyat istəmirdi.
Ağrıları dözülməz həddə çatdıqda o Ağrı mərkəzinə müraciət edir.
Alqoloq Aülfüqar Yusifov xəstəni müayinə edərək həm əməliyyat, həm də inyeksiya metodunun uyğun olduğunu bildirir. Xəstə bir daha əməliyyat istəmədiyini bildirdikdə, ona arxa kök qanqlion stimulyasiya və transforaminal inyeksiya edildi. Prosedurlar rentgen altında aparıldı.
Prosedurdan sonra xəstənin vəziyyəti yaxşılaşdı, ağrılar itdi.
Həkimlə əlaqə:
050 346 47 72