Sızanaqlar bir çoxlarını narahat edir. Təbii vasitələrlə isə bu problemdən qurtulmaq mümkündür.
Medicina.az ailem.az-a istinadən həmin maskanın reseptini təqdim edir:
- 2 xörək qaşığı vazelin
- 1 xörək qaşığı badam, ya da zeytun yağı
- 1 ədəd yumurta sarısı
- 1 xörək qaşığı bal
- 1 ədəd avokado
Vazelini isidin və maye halına gətirin. Ardından bal əlavə edib digər ərzaqları da qarışdırın. Ancaq son olaraq yumurta sarısını əlavə etməniz daha yaxşı olacaq.
Bir-birinə yaxşı qarışdırın. Qabın içinə qoyub çalxalayın. Maskanı hazırladıqdan sonra 10 dəqiqə gözləyin. Üzünüzü yaxşıca yuyun, 20 dəqiqə sonra maskanı çəkin. 5 dəqiqə boyunca üzünüzə masaj edin. Yarım saat saxladıqdan sonra sodalı su ilə isladılmış pambıqla silin. 7 gündən sonra fərqi görəcəksiniz.