Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

7 gündür dəfnə yarpağı yandırıb, virusdan qorunur – Qədim metod

  • 2020.04.06 21:54
  • 11521 Baxış
7 gündür dəfnə yarpağı yandırıb, virusdan qorunur  – Qədim metod

Rom, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı.


İllərdir bəzən dəfnə yarpaqlarını evdə yandırır, onun yarpaqlarında olan efir yağlarından fayda görürdük. Koronavirus karantini başlayandan özümü və ailəri qorumaq üçün dəfnə yarpaqlarını xatırladım və 7 gündür ki, hər gün 1-2 quru yarpağını yandırırıq.

Medicina.az xəbər verir ki, bunu Paşa Məmmədov adlı oxucu bildirib.

O, qeyd edib ki, dəfnə yarpağının tüstüsü ilə nəfəs yollarına keçən mürəkkəb efir yağları həm mikrobları, virusları zərərsizləşdirir. Həm də evdə atmosferi, havanı dezinfeksiya edib, sakitlik, rahatlıq yaradır.
Ailə üzvlərinin yuxusu yaxşılaşır, əsəbləri sakitləşir, bununla da immun sistem daha güclü işləyir.

Ümumilikdə, dəfnə yarpağının faydaları bunlardır:


- İltihabəleyhinə
- Mikrob, bakteriya əleyhinə
- Yarasağaldıcı
- İmmunitet möhkəmləndirici
- Yuxu,əsəb sakitləşdirici

- Orqanizmi toksin və şlaklardan təmizləyir
- Evin havasını nəmişlikdən qoruyur

- Yüksək hərarəti salır
- Nevrozlarda kömək edir

Epidemiya dövründə sulu yeməklərə dəfnə yarpağı atın.
Dəfnə yarpağı çayı, dəmləməsi için, qarqara edin.


Yarpağını yandırıb tüstüsündə nəfəs almaq təbii inhalyasiya deməkdir.