Maqnezium orqanizm üçün vacib mineraldır. Hazırda 70% əhali maqnezium defisiti yaşayır.
“Medicina” xəbər verir ki, Rusiyalı həkim Serqey Smolyakovun sözlərinə görə, 7 gün ardıcıl maqnezium qəbul etməklə orqanizmdə bu dəyişikliklərə şahid ola bilərsiniz.
- Əzələ sıxılmaları, qıcolmaları aradan qaldırır.
- Maqnezium qəbulu qan damarlarını rahatlaşdırır və təzyiqi aşağı salır.
- Mədə - bağırsaq traktının yaxşılaşmasına səbəb olur. Əgər qəbizlik halları varsa, maqnezium daha tez təsir edir.
- Maqnezium sinir sisitemini gücləndirir. Stress və depressiyanın qarşısını alır.
- Maqnezium yuxu sistemini normallaşdırır. Həmçinin artrit və artrozun qarşısını alır.
- Kalsiumun sovrulmasına kömək edir və böyrək daşlarını əridir.
Həkim bildirib ki, maqnezium bir çox xəstəliklərin qarşısını alır.
“Məsələn; baş ağrıları, miqren, PMS, travmaların nəticələri, əməliyyatlar və.s.
Bütün bu sadalananları əldə etmək üçün maqneziumu düzgün seçmək lazımdır. Bunun üçün sitrat maqniy qəbul etmək uyğundur”.
Günay Quluzadə