Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

7 dekabrda Azərbaycanda yoluxma - Yenidən artdı

  • 2021.12.07 16:39
  • 1535 Baxış
7 dekabrda Azərbaycanda yoluxma  - Yenidən  artdı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 530 yeni yoluxma faktı qeydə alınıb, 1 864 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 598 503 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 567 385 nəfər müalicə olunaraq sağalıb, 8 004 nəfər vəfat edib, aktiv xəstə sayı 23114 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 863, ötən müddət ərzində isə ümumilikdə 5 621 021 test aparılıb.