Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür - ÜST-ün ad günüdür

  • 2023.04.07 15:04
  • 1316 Baxış
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür  - ÜST-ün ad günüdür

Hər il aprelin 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq Ümumdünya sağlamlıq günü hər il 7 aprel tarixində qeyd edilir.

Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyidir. O, 7 aprel 1948-ci ildə yaradılmışdır. ÜST-ün Nizamnaməsində müəyyən olunduğu kimi, onun əsas məqsədi bütün insanların mümkün ola biləcək ən yüksək sağlamlıq səviyyəsinə nail olmalarını təmin etməkdir. Sağlamlıq ÜST-ün Nizamnaməsində yalnız xəstəliklərin, yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial sağlamlıq vəziyyəti kimi müəyyən olunur.

ÜST özünün Ümumdünya Səhiyyə Assambleyası vasitəsilə 193 Üzv Dövlət tərəfindən idarə olunur. Bu Assambleya ÜST-ə Üzv Dövlətlərdən olan nümayəndələrdən ibarətdir. Ümumdünya Səhiyyə Assambleyasının əsas vəzifəsi ÜST-ün proqramı və növbəti ikiillik müddət üzrə büdcəsinin təsdiqi və siyasət məsələləri üzrə qərarların qəbul edilməsidir.


Hər il aprelin 7-də qeyd olunan Ümumdünya Səhiyyə Günü dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün yeganə imkandır.

Aygün Musayeva