Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

67 yaşlı kişinin qarnında uşaqlıq və yumurtalıq aşkarlandı – Kuryoz olay

  • 2022.01.27 17:13
  • 2552 Baxış
67 yaşlı kişinin qarnında uşaqlıq və yumurtalıq aşkarlandı  – Kuryoz olay

Kosovo şəhərində xəstəxanaya qasıq yırtığı ağrısı şikayətləri ilə daxil olan 67 yaşlı kişini cərrahlar müayinə edəndə şoka düşüb.

Medicina.az xəbər verir ki, kişinin qarın boşluğunda qadın uşaqlıq və yumurtalıq orqanları aşkarlanıb. Bu orqanlar kişidə anadangəlmə embrional inkişafın pozulması nəticəsində əmələ gəlib.

Tibdə buna müller axacaqları sindromu deyilir.

67 yaşlı kişi 10 il idi ki, qasıq nahiyəsində ağrılardan əziyyət çəkirdi. Eləcə də onun bir xayası yerinə enməmişdi, lakin buna baxmayaraq, o uşaq atası idi.

Pasiyenti qasıq yırtığından əməliyyat etmək istəyən cərrahlar elə əməliyyat zamanı onun qarnının aşağısında uşaqlıq, uşaqlıq boynu, bir yumurtalıq aşkar ediblər.

Genetik sindromlarda kişidə eyni zamanda hər iki tip müller axacaqları inkişaf edə bilər. Bunun səbəbi antimüller hormonu çatışmazlığıdır.


Bu sindromla tibdə 200 fakt aşkarlanıb. Görünür ki, doğulandan belə bir orqanları olduğunu heç vaxt bilməyib. Çox zaman bu orqanlar təsadüfi müayinələr nəticəsində aşkarlanır.