Almaniyada 66 yaşlı qadın 10-cu dəfə ana olub.
Medicina.az xəbər verir ko, 66 yaşlı Berlin Divarı Muzeyinin direktoru Aleksandra Hildebrandt martın 19-da qeysəriyyə əməliyyatı ilə 10-cu uşağını dünyaya gətirib.
Hildebrandt, "Böyük ailəyə sahib olmaq gözəldir" deyərək insanları daha çox uşaq sahibi olmağa təşviq etmək istədiyini ifadə edib.
Hildebrandt əlavə edib:
"Sağlam qidalanıram, nizamlı olaraq bir saat üzürəm, iki saat gəzirəm, siqaret və içki içmirəm və heç vaxt doğum nəzarət həbləri istifadə etməmişəm".
Mütəxəssis həkimlərin fikirlərinin yer aldığı xəbərdə qadınlarda 40 yaşdan sonra doğuş nisbətinin sürətlə azaldığına diqqət çəkilib.
Aygün
Medicina.az