Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

65 yaşdan yuxarı vətəndaşlar SMS icazə ala bilməyəcək - AÇIQLAMA

  • 2020.04.03 13:02
  • 2397 Baxış
65 yaşdan yuxarı vətəndaşlar SMS icazə ala bilməyəcək  - AÇIQLAMA


Bu gün bütün hüquqi və fiziki şəxslərin xüsusi karantin rejimində evdən çıxma qaydalarının təmin edilməsi ilə bağlı icazələr sisteminin “ASAN xidmət” tərəfindən təqdimatı keçirilir.

Qeyd edək ki, aprelin 5-dən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılır.

Artıq məlum olduğu kimi, vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

Medicina.az xəbər verir ki, Dövlət Agentliyinin rəsmisi 65 yaşdan yuxarı yaşlı insanların sms xidmətindən istifadə edə bilməyəcəyini bildirib.

8103 SMS məlumat xidmətinə yaşı 65-i keçmiş insanlar sms göndərməsin, onlara icazə verilməyəcək.

Nazirlər Kabinetinin karantin rejimi qaydalarına əsasən yaşlı insanların mağaza və aptekə, küçəyə çıxması qadağası qüvvədə qalır.

Ona görə də yaşlı vətəndaşlar evdən çıxmamaq tələbinə əməl etməlidir