65 yaşdan yuxarı insanlara məhdudiyyətlər qoyuldu

  • 2020.11.11 15:51
  • 25219 Baxış
65 yaşdan yuxarı insanlara məhdudiyyətlər qoyuldu

Ankara və İstanbulda yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar yaşı 65-dən yuxarı olanlara küçəyə çıxma məhdudiyyəti qoyulub.

Medicina.az xəbər verir ki, İstanbul İl Ümumi Gigiyena Şurası, 65 yaş və üstü vətəndaşların hər gün 10.00-16.00 saat arasında çölə çıxa biləcəyinə qərar verib. Digər zamanlarda İstanbul və paytaxt şəhərin 65 yaş üstü əhalisinin çölə çıxılmasına məhdudiyyət qoyulub.