Amerikanın Kolorado ştatının 76 yaşlı sakini Deyv Maxalik donorluq üzrə rekorda imza atıb. O, 34 ildir ki, 2 həftədən bir yaxınlıqdakı xəstəxanaya gedib qan verir.
Medicina.az xəbər verir ki, bu vaxta kimi 303 litr qan verərək, 1920 insanın həyatını xilas edib.
640-cı dəfə qan verilməsi zamanı ona Fəxri donor nişanı verilib.
Kişi bildirib ki, bu artıq vərdiş halını alıb. Səhhətinə heç bir mənfi təsir etmir. İnsan hətta 70-80 yaşında da qan verə bilər.