Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

64 yaşlı qadının beynindən qurd çıxarıldı - Dünyada ilk - FOTO

  • 2023.08.29 10:00
  • 2209 Baxış
64 yaşlı qadının beynindən qurd çıxarıldı -  Dünyada ilk - FOTO
Avstraliyada 64 yaşlı qadının beynindən həlqəvi qurd (soxulcan) tapılıb.


Bakupost.az xəbər verir ki, 64 yaşlı qadın 2021-ci ilin yanvar ayında qarın ağrısı və 3 həftə davam edən ishal, həmçinin quru öskürək, qızdırma və gecələr həddindən artıq tərləmə kimi şikayətlərlə xəstəxanaya müraciət edib.
2022-ci ildə qadının şikayətlərinə unutqanlıq və depressiya əlavə edildikdə, o, Kanberradakı xəstəxanaya göndərilib.
MRT müayinəsi olan qadının əməliyyat olunmasına qərar verilib.


8 santimetrlik qurd tapılıb

“Emerging Infectious Diseases” jurnalının məlumatına görə, əməliyyat zamanı həkimlər qadının beynindən uzunluğu 8 santimetr, eni 1 millimetr olan canlı qurd çıxarıblar.

Müayinə üçün laboratoriyaya göndərilən qurdun adətən pitonlarda görülən parazit olduğu müəyyən edilib.
Tədqiqatda parazitin insanlarda görüldüyünə dair əvvəlki hesabatların olmadığını qeyd edilib.


Xəstənin yaşadığı evin yaxınlığında gölün olduğu və gölün ətrafında parazit yaşayan piton növünün tapıldığı bildirilib.
Qadının gölün ətrafındakı otlara toxunması və ya yeməklərində ətrafdan topladığı bitkilərdən istifadə etməsi nəticəsində ilanın bədənindən xaric etdiyi parazitin yumurtasını götürdüyü düşünülür.