Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

64 yaşlı kişi qarnında ağrı ilə həkimə getdi, qalça damarında "partlayan bomba" aşkarlandı - Əməliyyat

  • 2019.09.02 15:46
  • 1761 Baxış
64 yaşlı kişi qarnında ağrı ilə həkimə getdi, qalça damarında "partlayan bomba" aşkarlandı -  Əməliyyat
Vaxtında diaqnoz və müasir endovaskulyar müalicə aort anevrizması xəstəsinin həyatını xilas etdi


Qarnında döyüntüsünü hiss etdiyi şiş və ağrı səbəbi ilə müraciət edən 64 yaşlı kişi pasiyentə müayinə nəticəsində yırtılma və ölümcül qanama riski yüksək, ölçüsü 60 mm-dən böyük aort və qalça arteriyası anevrizmaları diaqnozu qoyulub.


Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) ən müasir avadanlıqlarla təmin olunmuş unikal hibrid salonunda Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrah, prof. Ahmet Memiş və komandası tərəfindən qarın boşluğu açılmadan, qasıq arteriyasından girilərək anevrizmalar içərisinə tək giriş ilə yerləşdirilən stent-qraft vasitəsi ilə müalicə edilən xəstədə anevrizmalar tam bağlanaraq bədəndəki ən böyük arteriyalar olan aort və qalça arteriyasının divar sağlamlığının tam bərpa edilməsi mümkün olub. Pasiyent əməliyyatın səhəri günü ayağa qaldırılıb və üç gün sonra evə yola salınıb.


Aort anevrizması hazırda müasir endovaskulyar əməliyyat texnikası ilə, qarın və ya döş boşluqları böyük kəsiklərlə açılmadan, sadəcə kiçik kəsik arteriyası girişi sayəsində, salvar və ya tub stent-qraft yerləşdirilməsi üsulu ilə, minimal invaziv olaraq, "xəstə bədəninə ən az ziyan vermək” prinsipi ilə müalicə oluna bilir.

 

 

64 yaşlı kişi qarnında ağrı ilə həkimə getdi, qalça damarında "partlayan bomba" aşkarlandı -  Əməliyyat