Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

64 uşaqda koronavirusla əlaqəli yeni simptomlar aşkar edildi

  • 2020.05.07 16:45
  • 1682 Baxış
64 uşaqda koronavirusla əlaqəli yeni simptomlar aşkar edildi

ABŞ-ın Nyu-York ştatında 64 uşaqda koronavirusla əlaqəli yeni simptomlar aşkarlanıb.

Medicina.az xəbər verir ki, mütəxəssislər yeni aşkarlanan “sistemli iltihab sindromu” adlanan simptomları koronavirusla əlaqələndirirlər.

Bu xəstələrdə uzun müddət yüksək temperatur, Kavasaki xəstəliyinin əlamətləri, toksik şok, qarında ağrı müşahidə olunur. Bir versiyaya görə, həmin simptomlar uşaqlarda yeni koronavirusun yaratdığı yüngül xəstəlikdən sonra görünə bilər.

Simptomların müşahidə olunduğu bəzi uşaqların yeni növ koronavirusa yoluxduğu və ya orqanizmlərində xəstəliyə qarşı antikorların yarandığı müəyyən edilib.