Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

63 yaşlı kişi komadan ayıldı – Özünü 24 yaşında hiss edir

  • 2024.10.25 19:40
  • 1550 Baxış
63 yaşlı kişi komadan ayıldı  – Özünü 24 yaşında hiss edir

İtalyan Luçano Damo 2019-cu ildə qəzadan sonra uzun müddət komada qalıb. Komadan ayıldıqdan sonra o həyatını xatırlamır.


“Medicina” xəbər verir ki, komadan ayıldıqdan sonra o, 24 yaşı olduğunu deyib. Evli və 30 yaşında oğlu olduğunu xatırlamayıb.


Ömrünün son 40 ilində nə yaşadığını unudan kişi hətta smartfon telefondan istifadəni belə bilmir.


Xəstəxanada yanına gələn arvadını yad yaşlı qadın kimi qəbul edib.

O, arvadının və oğlunun adını da bilmir.Ayılandan sonra həkimlərdən anasına zəng etməyi xahiş edib, amma anasının 10 il əvvəl öldüyünü də xatırlamayıb.


İndi yeni həyata alışmağa çalışan kişi məktəbdə qarovulçu işləyir. 5 il ərzində o, beynin son 20 ildəki xatirələrindən 5-6-nı bərpa edə bilib. Amma Damo uşaqlarla, gənclərlə yaxşı dil tapır, çünki özünü yaşlı yox, gənc hiss edir.


Aygün Musayeva