Qaxda 62 yaşlı kişi zəhərlənib.
Medicina.az apa-a istinadən xəbər verir ki, martın 16-dən 17-ə keçən gecə Qax şəhərində yaşayan 1956-cı il təvəllüdlü Aydın Feyzullah oğlu Nəbiyev zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.
MRX-dan verilən məlumata görə, müayinə zamanı 62 yaşlı Aydın Nəbiyevin spirtli işkidən zəhərləndiyi məlum olub. Aydın Nəbiyevə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.